SON XƏBƏR

Avstraliyada keçirilən “Multikultural Festivalda” Azərbaycan da təmsil olunub

May 16
09:29 2016
Avstraliyanın Milli Universitetində keçirilən "Multikultural Festival”da Azərbaycan da təmsil olunub.
 
Univesitetdə təhsil alan əcnəbi tələbələr qonaqlara təmsil etdikləri ölkələrin mədəniyyəti barədə məlumat verərək, milli mətbəx nümunələrini təqdim ediblər.
Əllidən çox ölkənin təmsil olunduğu festivalda həmyerlilərimiz, universitetin tələbələri İlkin Əliyev və Nicat Hacıxanov ölkəmiz haqda məlumatları qonaqlara çatdırıblar. Bildirilib ki, yüksək tolerantlığı və müxtəlif xalqların mədəniyyətini özündə əks etdirən Azərbaycanda 2016-cı il Prezident İlham Əliyev tərəfindən "Multikulturalizm ili” elan edilib.
 
Azərbycanın Avstraliyadakı səfirliyinin dəstəyi ilə qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub və ölkəmiz haqda müxtəlif nəşrlər paylanıb.(AzərTAC)
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook