SON XƏBƏR

Avrozonanın iqtisadiyyatı 3,8 faiz kiçildi

Aprel 30
14:58 2020
Avropa İttifaqının Statistika Bürosu Avropa İttifaqı və Avrozonanın bu ilin birinci rübü üzrə iqtisadi inkişaf tempinə dair hesabatını yayımlayıb.

Qaynarinfo xəbər verir ki, hesabata görə koronavirus pandemiyasının mənfi təsirləri səbəbindən cari ilin ilk 3 ayında Avropa İttifaqının iqtisadiyyatı 3,5 faiz kiçilib. Bu da 19 üzvü olan avrozonanın ÜDM-sinin ötən ilin son rübü ilə müqayisədə bu ilin birinci rübündə 3,8 faiz azalmasına gətirib çıxarıb.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,3 faiz azdır.

Bundan başqa dünyanın hər yerində olduğu kimi avrozonada da işsizlik artıb. Mart ayı üzrə işsizlik göstərici 7,4 faizə yüksəlib. Avropa İttifaqında isə bu rəqəm 6,6 faizdir. Aİ-də mart ayında işsizlərin sayı 14 milyon 141 nəfər olubsa, bunun 12 milyon 156 mini Avrozonanın payına düşüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook