SON XƏBƏR

Avropanın mərkəzində insan alveri: Afrikadan gətirilən kölələr

Yanvar 16
09:23 2018
Avropa Birliyinin mərkəzində ciddi insanlıq dramı yaşanır. Nigeriyadan gətirilən uşaq yaşdakı qızlar Belçikanın paytaxtı Brüsseldə fahişəliyə məcbur edilir.

Qaynarinfo Belçika Federal Polisinin hesabatına istinadən xəbər verir ki, ölkəyə gətirilən 14-16 yaşlı qızlar 5 avrodan başlayan qiymətlərlə bədənlərini satırlar.

Polisin məlumatları göstərir Avropa Birliyinin mərkəzi hesab olunan Brüsseldə orta əsrlərin köləlik dövrü yaşanır. Belçikaya gətirilən qızların yaşı getdikcə aşağı düşür, problemin miqyası hər ötən gün böyüyür.

Belçika Federal Polis Təşkilatının Nigeriya mərkəzli qadın alveri qruplaşmaları üzrə mütəxəssis olan Frans-Manuel Vandeluk"Əgər bu avropalı bir qız olsaydı, ara qarışardı. Amma ortada olan afrikalı bir miqrant qış uşağıdı" deyir.

Vandeluk son 20 ildə sürətlə artan problemin görməməzlikdən gəlinməsinə təəccüblənir və 2018-ci ildə Avropanın mərkəzi Brüsseldə "Orta əsrlərdəki qədər qorxunc köləlik dönəmi"nin hökm sürdüyünü vurğulayır.

"De Standaart" bildirir ki, Vandelukun açıqlaması "lazımı yerlər" üçün yerində verilmiş bir mesajdı. Çünki həm Belçika, həm də digər Avropa ölkələrindən gətirilmiş nigeriyalı uşaq seks işçilərinin sayı sürətlə artır.

Söhbət 100-200 nəfərdən getmir. Problem minlərlə az yaşlının - 14-16 yaşlı minlərlə qızdan ibarətdi. Qadın alverçiləri onları Avropada daha yaxşı həyat və ölkələrindəki ailələrinə pul göndərmək bəhanəsi ilə tora salıb, bu cəhənnəmin içinə sürükləyir.

Bu cinayətkar qruplaşmaların əlinə düşən qızlar Nigeriyadan ayrılmadan öncə qorxunc "voodoo mərasimi"nə qatılırlar. Burda "madam" adı verilən qadın satıcılarına "sonsuzadək bağlılıq" andı içirlər. Avropaya gələn qızlar bağlılıq andı içdikləri "madam"a 40 min avro ödəməyə məcburdu. Bu səbəbdən də Avropa ölkələrində insanlığa sığmayan şəraitdə bədənlərini satmalı olurlar.

Vandelukun sözlərinə görə, böyük miqdarda borclanan qızlar arasında sərt rəqabət var. Bəzən 5 avrodan başlayan qyimətlərlə bədənlərini satırlar. Qızlar gündə ən azı 15 nəfərlə birlikdə olur və bu ilboyu davam edir. Xəstə olduqları və ya reql dövrlərində belə dayanmadan fahişəliyə məcbur edilirlər.
 
Belçika polisinə görə, vəziyyət getdikcə pisləşir. 140 milyon əhalisi ilə Afrikanın ən böyük ölkələrindən biri olan Nigeriyada insan sıxlığı və səfalət hökm sürür. Polis, Nigeriyada "pul qazandırdığı" üçün fahişəliyin rəsmi olduğunu bildirərək, yaxın zamanda bu ölkədən Belçikaya daha çox qız uşağının gələcəyini düşünür.

Əksər qızlar onları satan qadın alverçilərindən çox qorxur, Nigeriyadakı ailələrinə zərər verəcəklərindən narahatdırlar. Ona görə də polislə əməkdaşlıqdan imtina edirlər.

Belçika polisi 2017-ci ildə bir neçə qadın alverçisini yaxalayıb. Bunun nəticəsində 58 qızın kimliyi müəyyənləşdirilib. Federal polis digər Avropa Birliyi ölkələri ilə sıx əməkdaşlıq edir. Ancaq bütün bunlara baxmayaraq, vəziyyət hər ötən gün daha da pisləşir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook