Avropanın bu ölkəsi koronavirusla bağlı qadağaları ləğv etdi
Sentyabr 10
12:08
2021
Danimarka xüsusi karantin tədbirlərini tamamilə ləğv edən ilk Avropa ölkəsi olub. COVID-19 infeksiyasını xüsusilə təhlükəli bir xəstəlik olaraq təyin edən tənzimləmə bu gün başa çatır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri məlumat yayıb.
İndi ölkə daxilində restoranlara, idman salonlarına və gecə klublarına girmək üçün sənəd tələb olunmayacaq. Uşaqlar, COVID-19-a yoluxmuş şəxslə təmasda olduqdan sonra dərhal evə göndərilməyəcək. Karantin qaydaları isə yalnız koronavirus xəstələri üçün keçərli olacaq. Sağlam vətəndaşlar ofislərə, uşaqlar isə məktəblərə qayıda biləcəklər.
Qeyd edək ki, səlahiyyətlilərin sentyabrın 10-dək bütün sanitariya tədbirlərini ləğv etmək niyyəti avqustun sonunda məlum olub. Müvafiq bülleten Danimarka Səhiyyə Nazirliyi tərəfindən paylanıb. Krallığın Səhiyyə Nazirliyinin rəhbəri Magnus Çoinike ölkədəki peyvəndləmə səviyyəsini çox yüksək qiymətləndirib. O, məhdudiyyətlər götürüldükdən sonra epidemioloji vəziyyətin birdən-birə pisləşəcəyi təqdirdə yenə də geri dönə biləcəklərini etiraf edib.