SON XƏBƏR

Avropadan qaçqın statusu almaq istəyənlərin sayı 800 mini ötüb

Oktyabr 29
07:10 2015
2015-ci ildə Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərdən qaçqın statusu almaq üçün 834 min nəfər müraciət edib.
 
Qlobalinfo.az APA agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali Komissarının idarəsi məlumat yayıb.
 
"Hər ay qaçqın statusunun alınması ilə əlaqədar 38 Avropa dövlətinə orta hesabla 60 mindən 115 minədək müraciət daxil olur. Ötən ilin yanvar-avqust aylarında Avropada sığınacaq istəyənlərin sayı 397 min olub. Bu ilin analoji dövründə isə müraciətlərin sayı 834 minə çatıb”, məlumatda deyilir. Qaçqın statusu almaq istəyənlərin əksəriyyətini Suriya, Əfqanıstan və İraq vətəndaşları təşkil edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook