Avropadan 42 Azərbaycan vətəndaşı deportasiya olunub
Fevral 17
03:18
2022
Fevralın 15-də Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunub.
Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan deportasiya olunub.
Bu barədə Dövlət Miqrasiya Xidməti fevralın 16-da məlumat yayıb.Bildirilib ki, mühacirlərin ölkəyə qaytarılması prosesi "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
Ötən il noyabrın 26-da Almaniyadan Azərbaycana 43 nəfər deportasiya edilib.
Deportasiya olunanlardan siyasi fəallar Malik Rzayevə və Mütəllim Orucova Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.