Avropada yeni pandemiya başladı
Oktyabr 14
09:23
2022
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın yeni dalğası barədə xəbərdarlıq edib.
"Təəssüf ki, Avropada biz yoluxma hallarında yenidən sürətli artım müşahidə edirik ki bu da yeni bir dalğanın başlanğıcını göstərir”, - deyə qurumdan bildirilib.
Mənbə: nuz.uz
Bu barədə təşkilatın Avropa regional direktorunun bəyanatında deyilir.
Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, ümumi mövsümi qrip və koronavirus infeksiyasının eyni vaxtda dövriyyəsi regionda həssas insanlar üçün risk yarada bilər və buna görə də ÜST hər iki virusa qarşı ən təsirli vasitələrdən biri hesab etdiyi vaksinasiyaya xüsusi diqqət yetirməyi tövsiyə edir.