SON XƏBƏR

Avropa Ukraynanın sürətli bərpasına başlayır

Fevral 04
07:17 2023
Avropa Komissiyası Ukraynanın sürətli bərpası üçün 1 milyard avro ayırıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, Avropa Komissiyası Ukraynada məktəblərin, xəstəxanaların sürətli bərpasını təmin etmək üçün 1 milyard avro ayırır və artıq prosesi koordinasiya etmək üçün xüsusi katibliyə malikdir: "Rusiya ordusunun infrastruktur obyektlərinə hücumları nəticəsində dağılmış binaların bərpası ilə yanaşı, Ukraynada məktəblər, xəstəxanalar və yollar hələ də bərpa olunmayıb. Buna görə də biz sürətli yeniləmə ilə başlayırıq. Bu, daha əhatəli bərpa prosesinin bir hissəsidir. Bunu təmin etmək üçün ilk 1 milyardın veriləcəyini elan etməyə hazıram. Artıq bizim xüsusi katibliyimiz var ki, o, işləyir və bu prosesləri koordinasiya etməyə başlayır, ona görə də dərhal başlaya bilərik”, - AK rəhbəri əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook