"Avropa üçlüyü" İrana sanksiyalarla bağlı möhlət vermək üçün şərt qoyub

İyul 25
10:53
2025
"Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) İranın nüvə proqramı ətrafında yaranmış böhranı həll etmək üçün ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə dialoqu bərpa etməyə razılıq verərsə, Tehrana sanksiyalarla bağlı möhlət verməyə hazırdır.
Qeyd olunub ki, bir neçə aylıq gecikmə nəzərdə tutulur və onun müddəaları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsindən asılıdır.