SON XƏBƏR

Avropa Parlamentinin Qətərdən rüşvət almış dörd məmuru həbs edildi

Dekabr 12
10:42 2022
Vəzifəsindən uzaqlaşdırılan Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç məmur korrupsiya ittihamı ilə həbs edilib. Onlar Qətərdən Dünya Çempionatı öncəsi ölkənin Avropadakı imicini yaxşılaşdırmaq müqabilində rüşvət almaqda ittiham olunurlar.

Qaynarinfo xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

AFP-nin məlumatına görə, Eva Kaylinin Brüsseldəki evində axtarış aparılıb. Agentliyin mənbəsinin sözlərinə görə, keçmiş deputat toxunulmazlıqdan istifadə edə bilməyib, çünki o, "cinayət yerində” saxlanılıb. Kaylinin evində pul dolu paketlər tapılıb.

Dünən axşam saatlarında daha bir deputatın evində də axtarış aparılıb. Federal prokurorluq həbs edilən digər üç nəfərin adını açıqlamayıb. Lakin prokurorluqdan bildiriblər ki, bu iş üzrə saxlanılan 6 vəzifəli şəxs arasında onların adı da var.

Belçika mediasının mənbələrinin məlumatına görə, Kayli ilə birlikdə keçmiş Avropa Parlamentinin deputatı Pyer-Antonio Panzeri, Avropa Parlamentinin deputatı Antonio Panzeri və Avropa Parlamentinin insan hüquqları üzrə müşaviri Françesko Corci həbs edilib.

Dekabrın 10-da AFP agentliyi bildirib ki, korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 16 ünvanda aparılan axtarışlar nəticəsində 600 min avro nağd pul götürülüb. Avropa polisinin məlumatına görə, Qətər Dünya Çempionatı öncəsi öz imicini yaxşılaşdırmaq üçün Avropa Parlamentinin deputatlarına pul ödəyib. Avropa rəsmiləri Qətərin sistematik olaraq insan hüquqlarını pozduğuna, azlıqlara qarşı dözümsüzlük siyasəti yürütdüyünə və miqrant işçilərə təzyiq göstərdiyinə diqqət çəkiblər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook