Avropa Parlamentində Ukrayna ilə bağlı qanun layihəsi 442 səslə qəbul edilib

Mart 13
08:46
2025
Ukraynanın təhlükəsizliyini təmin etmək, hərbi və maliyyə dəstəyini artırmaq üçün Avropa İttifaqının daha fəal rol oynamasını tələb edən qanun layihəsi Avropa Parlamenti (AP) tərəfindən 442 səslə təsdiqlənib.
APA xəbər verir ki, səsə qoyulan qanun layihəsi lehinə 442, əleyhinə 98 və bitərəf 126 səslə təsdiq edilib.
Qanun layihəsində Aİ-nin hərbi və maliyyə dəstəyini artıraraq Ukraynanın ən böyük strateji müttəfiqi olmağa davam etməli olduğu bildirilir.
Layihədə deyilir ki, Aİ Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün konkret addımlar atmalı və Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya möhkəm təhlükəsizlik zəmanətlərinin verilməsinə töhfə verməlidir.