Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürüb
Mart 14
13:37
2022
Avropa Parlamenti Azərbaycan səfirinin məktublarını erməni diasporuna ötürürməklə Avropa İttifaqı (Aİ) və rəsmi Bakı arasında gərginlik yaradıb.
"Report” xəbər verir ki, bu barədə Caliber.az saytı Belçikanın Eureporter.co saytına istinadən məlumat yayıb.
Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycanın Ukraynaya humanitar yardım göndərməsini, Moldova və Cənub-Şərqi Avropaya qaz tədarükünü artırmağa hazır olmasını alqışladığı bir zamanda Azərbaycanın Aİ-dəki nümayəndəsi və Belçikadakı səfiri Vaqif Sadıqov Avropa Parlamentinin onun təcili diplomatik məlumatlarının (depeşa) erməni diasporuna ötürməsindən məyusluğunu ifadə edib.



