Avropa Olimpiya Komitəsinin prezidentinin həbs görüntüləri yayıldı- VİDEO
Avqust 18
15:41
2016
Olimpiya Komitələrinin prezidenti Patrik Hikki saxlanma anını əks etdirən kadrlar yayılıb.
Qeyd edək ki, Patrik Hikki Rio-2016-nın qanunsuz bilet satışına bağlılığı olduğu üçün saxlanılıb.
Hikki məskunlaşdığı oteldə polislər tərəfindən saxlanılıb. Həmin vaxt özünü pis hiss edən AOK prezidenti xəstəxanaya aparılıb.
Hikkinin həbsinə əlində 800 biletlə saxlanılan alverçinin ifadələri səbəb olub.
Bilet satışı ilə bağlı araşdırmalar aparan Braziliya polisi artıq 40-a yaxın adamı saxlayıb. Onlardan biri Böyük Britaniyanın THG şirkətinin prezidenti, irlandiyalı Ceyms Merlondu. Onun beynəlxalq cinayətkar qruplarla bağlılığı, böyük yarışlar zaman bilet alverindəki fəaliyyətdə şübhəli hesab olunur.

Videonu təqdim edirik:
Qlobal.az