Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar verdi - 4 min avro təzminat alacaq
Aprel 07
15:09
2022
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 7-də "Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərarını elan edib.
"AzPolitika.info" xəbər verir ki, məhkəmə ərizəçinin vəkillərinin iddia etdikləri pozuntuların əksəriyyətini tanıyıb.
Xatırladaq ki, E.Fətullayev 2007-ci ildə, bu işdə şikayət edilən olaylardan əvvəl, böhtan, terrorizm hədəsi, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Fətullayev cəza çəkərkən üzərində axtarış aparılıb, iddiaya görə heroin tapılmışdı. 2009-cu ilin dekabrında ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılmışdı. İstintaq zamanı təyin edilən ekspertiza zamanı ərizəçinin qan və sidik nümunələrində narkotika izləri, heroinin ev şəraitində hazırlanmış olması müəyyən edilmişdi. Məhkəmə qarşısına çıxarılan ərizəçini Qaradağ Rayon Məhkəməsi təqsirli sayıb və iki il altı ay müddətinə azadlıqdan məhrum etmişdi.
Avropa Məhkəməsi qərarında cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini vurğulayıb.