“Avropa liderləri panika içindədir” - “Oval Kabinetdəki qalmaqal təkrarlana bilər”

Avqust 18
10:26
2025
Donald Tramp, Volodimir Zelenski və Avropa ölkələri başçıları arasında Ağ Evdə keçiriləcək görüşün bu cür tələsik təşkil olunması Avropa liderlərini ciddi narahat edir. Belə ki, indiyə qədər yalnız İraqdakı müharibədən əvvəl bu cür tələsik görüş çağırılmışdı.
O zaman Donald Tramp və J.D.Vens açıq şəkildə Volodimir Zelenskini təhdid edərək, Ukraynanın Rusiya ilə müharibədə "kartlarının olmadığını” demişdi: "Adının açıqlanmasını istəməyən yüksək rütbəli bir avropalı diplomat müttəfiqlər arasında panika olduğunu etiraf edir".
Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio bazar günü CBS telekanalına verdiyi müsahibədə avropalıların Vaşinqtona Zelenskinin "mühafizəçiləri” kimi getmədiyini, onların bir sıra birgə məsləhətləşmələrdən sonra amerikalıların özləri tərəfindən dəvət edildiyini deyib.
Avropalı müttəfiqlər isə qəzetin yazdığı kimi, qorxurlar ki, Tramp sülh üçün ilkin şərt kimi atəşkəs ideyasından imtina etməklə, əslində Putinin əlinə oynayır. Putin də öz növbəsində gizlətmir ki, o, yalnız hərbi məqsədlərinə çatması şərtilə sülhə razı ola bilər. Bu isə nəşrin yazdığı kimi, hər hansı bir sülh sazişinin bağlanmasını çətinləşdirir. Bununla belə, liderlər bazar ertəsi Ağ Evə toplaşanda təkcə sərhədləri deyil, həm də Ukrayna üçün təhlükəsizlik təminatlarını, o cümlədən mümkün sülhməramlı kontingentin Ukraynaya yeridilməsini müzakirə edəcəklər.