SON XƏBƏR

Avropa Komissiyasından Pavel Durovun saxlanmasına reaksiya

Avqust 26
15:07 2024
Avropa Komissiyası teleqramın təsisçisi Pavel Durovun Fransada saxlanılmasına münasibət bildirməkdən imtina edib və bunu "milli araşdırma" adlandırıb.

"Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu, milli araşdırmadır, biz bunu şərh etmək niyyətində deyilik. Yaxşı olardı ki, Fransa rəsmilərinə müraciət edilsin", - təşkilatın mətbuat xidmətindən bildirib.

Qeyd edək ki, avqustun 24-də Fransada teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov həbs edilib. Parisin Le Burje hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook