SON XƏBƏR

Avropa Komissiyası “X” sosial şəbəkəsinə qarşı araşdırmaya başlayıb

Dekabr 19
08:58 2023
Avropa Komissiyası "X” sosial şəbəkəsinə qarşı araşdırmaya başladığını elan edib.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma ötən il Avropa İttifaqında qəbul edilmiş Rəqəmsal Xidmətlər Aktı çərçivəsində aparılır.

Bura "X”in qeyri-qanuni məzmunun silinməsi tələblərini pozub-pozmadığı, həmçinin şirkətin platformada manipulyasiya və dezinformasiya ilə mübarizədə kifayət qədər iş görüb-görmədiyi daxildir.

KİV-in məlumatına görə, araşdırma oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra aktuallıq qazanıb. Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib ki, sosial şəbəkə Yaxın Şərqdəki böhran şəraitində qeyri-qanuni məzmun və yalan məlumat yaymaq üçün istifadə olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook