Avropa Komissiyası Ukraynaya 75 milyon avro yardım ayırıb
![](https://qlobal.az/photo/680x365/2024-02/1708459852_e1b53e40-173b-4652-93de-fe1f713a06eb.jpg?1722041214)
Fevral 21
00:10
2024
Avropa Komissiyası (AK) "humanitar layihələr” üçün Ukraynaya 75 milyon, Moldovaya isə 8 milyon avro ayrıldığını açıqlayıb.
"83 milyon avroluq humanitar maliyyə vəsaitindən: 75 milyon avrosu Ukraynadakı humanitar layihələrə ayrılıb. Moldovada humanitar layihələrə 8 milyon avro ayrılıb”, - hesabatda qeyd olunur.
Ukraynada humanitar layihələr təcili yardımın təmin edilməsinə, o cümlədən mənzil, mühafizə, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyacların əldə edilməsinə yönəlib. Moldovaya ayrılan pullar əhalinin ən həssas təbəqələrinə ünvanlı yardım göstərilməsinə yönəldilməlidir.