Avropa İttifaqının ali nümayəndəsi BMT və Türkiyəyə təşəkkür edib
Noyabr 03
12:41
2022
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel "Taxıl sazişi”nə görə BMT və Türkiyəyə təşəkkür edib.
"Report” xəbər verir ki, o, bununla bağlı tviter səhifəsində paylaşım edib.
Ali nümayəndə BMT və Türkiyənin Rusiyanın Ukrayna taxılını ixrac etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünə qaytarılmasında göstərdikləri köməyi yüksək qiymətləndirib.



