SON XƏBƏR

Avropa İttifaqı Yunanıstanda turizmin bərpasına 310 milyon avro ayıracaq

May 06
07:04 2021
Avropa İttifaqı Yunanıstanda pandemiyadan sonra turizmin bərpasına 310 milyon avro ayıracaq.

AZƏRTAC xəbər verir ki, ölkənin turizm naziri Xaris Teoxaris vəsaitin İttifaqın Yardım Fondundan ayrılacağını bildirib. Bu məbləğdən 260 milyon avro rəqabətliliyin artırılması layihələrinə, 50 milyon avro isə turizm sahəsinin mütəxəssislərinə və xidmət sektoruna ayrılacaq.

Qeyd edək ki, mayın 15-dən Yunanıstan turistlər üçün sərhədləri açmağı planlaşdırır. Avropa İttifaqı və Şenqen ölkələrindən başqa digər ölkələrdən gələn turistlər mənfi PCR koronavirus testi təqdim etməlidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook