SON XƏBƏR

Avropa İttifaqı yeni sanksiyaları müzakirə edir - Almaniya Rusiyadan qaz almağı dayandıra bilər

Aprel 04
17:53 2022
Avropa İttifaqı (Aİ) Ukraynadan gələn xəbərlər fonunda Rusiyaya yeni sanksiyaların müzakirəsinə başlayıb.

"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel aprelin 4-də deyib.

"Biz bütün dünya üçün bu kədərli saatlarda Ukrayna və Ukrayna xalqı ilə tam həmrəyik”, – deyən Borrel yeni sanksiyaların hazırlanmasını "təcili məsələ” adlandırıb.

Almaniyanın Müdafiə naziri Kristin Lambrext ölkəsinin ARD ictimai televiziyasına deyib ki, Avropa rəsmiləri Rusiyadan qaz təchizatının kəsilməsini müzakirə etməli olacaqlar. Almaniya kansleri Olaf Şolts isə daha öncə Rusiyanın enerji ixracına sanksiyalara müqavimət göstərib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook