Avropa İttifaqı Rusiyanın 17,5 milyard avro dəyərində aktivlərini dondurub
Oktyabr 28
08:53
2022
Avropa İttifaqı bu günə kimi Rusiyanın 17,5 milyard avroluq aktivlərini dondurub.
"Report” xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib.
"Biz irəliləyiş əldə etdik, aprel ayında təxminən 6,7 milyard avro ilə başladıq və bu gün bu məbləğ artıq 17,5 milyard avrodur”-deyə, o bildirib.
Onun sözlərinə görə, adı qurumun sanksiyaların siyahısına düşən 1 350 şəxs və təşkilatın hesabları, daşınmaz əmlakı və yaxtaları Aİ-yə üzv dövlətlər tərəfindən izlənilir və dondurulur.