Avropa İttifaqı Azərbaycanın Ermənistana sülh təklifini alqışlayır
Aprel 01
11:51
2022
"Bəli, bu təklif martın 14-də ictimaiyyətə təqdim edildi. Regionun digər kütləvi informasiya vasitələrinə verdiyim daha öncəki şərhlərimdə də qeyd etdiyim kimi, beynəlxalq ictimaiyyətdə bir çoxu kimi Avropa İttifaqı da münaqişə ilə bağlı məsələlərin hərtərəfli həllinin vacibliyini vurğulayır”.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaarın APA-ya müsahibəsində bu yaxınlarda rəsmi Bakının İrəvana münasibətlərin normallaşdırılması üçün təqdim etdiyi 5 bəndlik təklifə münasibət bildirərkən deyib.
Toivo Klaar bildirib ki, bu mənada, bu istiqamətdə hər hansı bir addım alqışlanır.



