Avropa İttifaqı Azərbaycanın bu qərarını təqdir edir
Sentyabr 12
09:23
2022
Avropa İttifaqı avqustda Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanın saxlanılan 5 ermənini vasitəçisiz təhvil verməsini alqışlayır.
Bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.
O qeyd edib: "Bu, cəmiyyətlər arasında ehtiyac duyulan etimadın yaradılması istiqamətində mühüm addımdır. Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında əlaqələrin normallaşması üçün fəal şəkildə işləməyə davam edir”.