Avropa azərbaycanlıları müraciət yaydı...
Sentyabr 30
09:19
2016
Avropada azərbaycanlılarının Oktyabr konfransının keçirilməsi ilə bağlı
M Ü R A C İ Ə T
Dəyərli həmvətənlər, məlumat üçün bildiririk ki, 1992-ci ildən bu günədək 50 min nəfərdən çox soydaşımız Qərbi Avropa ölkələrində məskunlaşıb. Onların arasında müxtəlif peşə sahibləri - ali təhsil müəsisələrində çalışanlar, mühəndislər, iş adamları, həkimlər, tələbələr və təbii ki, qaçqınlar və qaçqın statusu üçün müraciət etmiş şəxslər var. Uzun illər Avropa cəmiyyətinin fərqli sosial qruplarında təmsil olunan dünya azərbaycanlılarının əlaqələndirilməsi və diaspora təşkilatlarının təkmilləşdirilməsi istiqamətində səylər göstərilsə də, hələ də uğurlu nəticə əldə olunmayıb.
Diaspora Komitəsinin təşkilatçılığı ilə Avropada qeydiyyatdan keçən və ya təsis edilən təşkilatların əksəriyyəti mövcud deyil və yaxud sadəcə statistik göstərici xatirinədir. Soydaşlarımız arasında normal əlaqələrin olmadağına görə onların Avropada baş verən siyasi proseslərə təsiri (hakimiyyətin "Kürü diplomatiyası" nəzərə alınmasa) də yox səviyyəsindədir.
Qeyd olunanlardan başqa, ötən il Avropada yaşayan bir qrup soydaşımız hər il oktyabr ayının 18-i ərəfəsində Avropa azərbaycanlılarının konfransının keçirilməsi barədə qərar qəbul edib. Hesab edirik ki, konfrans onlarla təşkilat təmsilçisini, Avropaya inteqrasiya olunmuş və müxtəlif peşə sahibi olan soydaşlarımızı bir araya gətirə biləcək. Konfrans vasitəsilə onların özləri və təşkilatları haqqında məlumat vermək, planlarını və ideyalarını paylaşmaq fürsətləri olacaq. Bu da nəticədə soydaşlarımızın Avropada sistemli şəkildə təşkilatlanmasına təkan verəcək.
Dəyərli həmvətənlər, Azərbaycanda baş verən siyasi proseslərin geniş və detallı müzakirəsi baxımından da Konfransı zəruri hesab edirik.
Ölkədə baş verənlərə təsir baxımından ayrı-ayrılıqda bəlkə də hər birimizin uğuru var. Lakin həqiqətdir ki, birlikdə - komanda şəklində çalışsaq, daha çox müvəffəqiyyət əldə etmiş olarıq.
Qeyd olunanları nəzərə alaraq oktyabrın 16-da Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlılarının növbəti konfransının keçirilməsilə bağlı təşəbbüs irəli sürürük.
Konfransa maraq göstərən soydaşlarımızdan oktyabrın 4-ə qədər təkliflərini [email protected] e-mail adresinə yazmalarını xahiş edirik.
Bütün təkliflər dəyərləndiriləcək.
Təşkilat Komitəsi