SON XƏBƏR

Avro bahalaşdı

Oktyabr 15
10:11 2015

Bu gün oktyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
 
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 15-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 14-ü ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0469 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0092 manat və ya 0,77% artaraq 1,2019 manata yüksəlib. Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0167 manat səviyyəsində qərarlaşıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook