Avrasiya hospitalda şok əməl: xəstəni öldürüb yaxınlarından gizlətdilər – VİDEO
Yanvar 13
11:39
2025
Bakıda, Həsən Əliyev küçəsində yerləşən Avrasiya Hospitalında baş verən faciənin təfərrüatları məlum olub.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, 2024-cü il d ekabrın 14-də Hospitalda Kürdəmirdə doğulan, Bakı şəhəri, Vətai rayonunda yaşayan Məmmədov Arif Əlisəfa oğlu həkim səhlənkarlğından dünyasını dəyişib. Bu haqda redaksiyaya mərhumun qardaşı Mais Məmmədov xəbər verib. O, qardaşının aldadılaraq hospitala dəvət edildiyini və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişdiyini deyib. Zərərçəkən tərəf olaraq hospitalı ittiham edən
Mais bəy cumhuriyyet.az-a onu da bildirib ki, qardaşı dünyasını dəyişdikdən sonra onun ölümünü yaxınlarına bildirməməklə daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini, oksigen aparatına qoşulduğunu deyib və cinaytin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, müxtəlif fəsadlardan olduğunu bildirmək istəyiblər. Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının tələb və təzyiqindən sonra nməhayət ölüm faktını etiraf ediblər.
Mərhum Arif Məmmədov hadisədən 14 gün əvvəl, noyabrın 30 da adı çəkilən hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, 14 gündən sonra Bakıda olacaq və daha iki damara stend qoyulacaq. Xatırladaq ki, o Türkiyə Cümhuriyyətində işləyir və ayda iki dəfə gəlib burada əməliyyat edir. Onun üçün xəstələri Zəhra adında tibb işçisi toplayır. Bu dəfə də elə olur. Arif həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss edir. Onu həkim inandırır ki, bu keçici haldır. Beləliklə onu dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlər. 14 saat 17 də uğursuzluqla nəticələnən əməliyyat başlayır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır. Mənə iynə vurdular, halım daha da pisləşib.
Lakin həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir.
Dəhşətli olaylardan biri də ondaan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 azn ə gərə heç bir sənəd də verməyiblər.
Qlobal.az