Aureliya Qriqoriu "Günəşli" faciəsindən yazdı - Foto
Dekabr 06
14:53
2015
Moldova İctimai Palatasının prezidenti, keçmiş ombudsman Aureliya Qriqoriu "Günəşli" neft yatağnda baş verən faciə ilə bağlı Feysbuk səhifəsində Azərbaycan bayrağı ilə fotosunu paylaşıb.
Axar.az xəbər verir ki, Aureliya Qriqoriu fotonun başlığına bu sözləri yazıb:
"Bu matəmli günlərdə səninləyəm, Azərbaycan! Ölənlərin doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Azərbaycan xalqına dəstəyimi bildirir və mətinlik arzulayıram. Hər şey Allahın əlindədir".




