ATV-dən ayrılan aparıcı ilə bağlı — Nazirlikdən Açıqlama
İyul 26
10:09
2016
Bir müddət əvvəl ATV kanalı ilə yollarını ayıran aparıcı Samirə Mustafayevanın Vergilər Nazirliyinə işə düzəlməsi barədə xəbər yayılıb.
Qlobal.Az xəbər verir ki, Qafqazinfo məsələyə aydınlıq gətirmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovla əlaqə saxlayıb.
Vergilər Nazirliyinin rəsmisi bildirib ki, onlarda belə bir məlumat yoxdur.
Xatırladaq ki, bu barədə xəbəri 1Xəbər.com saytı yayımlamışdı.
Qlobal.Az