“Atomika Texnik"-in nümayəndələri Bakıda
Mart 17
16:06
2016
Türkiyənin "Atomika Texnik” şirkətinin nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) olublar.
İnstitutdan bildiriblər ki görüşün keçirilməsinin məqsədi yeni analitik cihazların təqdimatı, torpağın qranulometrik tərkibini müəyyənləşdirən "Mastersizer-300” cihazının quraşdırılması və birgə elmi əlaqələrin yaradılması idi.
TAİ-nin direktoru, professor Əlövsət Quliyev institutun fəaliyyəti, burada aparılan elmi tədqiqat işləri barədə qonaqlara ətraflı məlumat verib.
Sonra türkiyəli qonaqlar qurumun laboratoriyaları və burada çalışan alimlərin elmi fəaliyyəti ilə tanış olub, birgə səmərəli fəaliyyət göstərmək üçün müştərək proqram və layihələrin hazırlanmasının əhəmiyyətini qeyd ediblər.
Qlobal.az