SON XƏBƏR

“Atletiko” və “Barselona”nın futbolçuları 12 oyunluq cəzalandırıla bilər

Yanvar 09
11:39 2023
"Atletiko”un müdafiəçisi Stefan Saviç və "Barselona”nın yarımmüdafiəçisi Ferran Torres uzun müddətli cəzalandırıla bilər.

Qol.az Sport.es-ə istinadən xəbər verir ki, buna səbəb onların La Liqanın 16-cı turunda ötən gecə keçirilən görüş zamanı dava etməsidir.

Matçın əsas vaxtına əlavə edilən 2-ci dəqiqədə hər iki futbolçu qarşıdurmadan sonra qazona yıxılıb və bundan sonra aralarında dava olub. Hakim hər iki futbolçuya qırmızı vərəqə göstərib. Bildirilib ki, hakimlər komissiyası onların hərəkətlərini hücum kimi qiymətləndirsə, 4 oyundan 12 oyuna qədər diskvalifikasiya oluna bilərlər.
Xatırladaq ki, görüş "Barselona”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook