“Atlant” rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
Aprel 08
13:00
2022
"Atlant” əyləncə və istirahət mərkəzinin direktoru Tahir Qədəşovun ölkə hüdudlarından kənara çıxması məhdudlaşdırılıb.
"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, sahibkar dövlətə olan borcunu ödəmədiyi üçün onunla bağlı qərar verilib. Dövlət Vergi Xidmətinin Bakı Kommersiya Məhkəməsində T.Qədəşova qarşı qaldırdığı iddia təmin olunub.
Məlum olub ki, "Atlant”ın sahibi ümumilikdə 18 min manat borcu ödəməkdən yayınıb.
Qlobal.az



