ATƏT və ABŞ-dan Savçenko tələbi: "Azad edilsin"
Mart 23
12:30
2016
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Link ukraynalı pilot Nadejda Savçenkonun dərhal azad olunmasını tələb edib.
Bu barədə təşkilatın saytında yerləşdirilən rəsmi məlumatda deyilir.
Onun sözlərinə görə, ATƏT-in xahişlərinə rəğmən, təşkilatın əməkdaşlarına Savçenkoya baş çəkməyə və onun üzərindəki məhkəməni rəsmən izləməyə imkan verilməyib.
Öz növbəsində ABŞ Dövlət Departamenti də ukraynalı pilota azadlıq tələb edib.
"Dövlət Departamentində hesab edirlər ki, Savçenkoya kəsilən 22 illik həbs cəzası məhkəmə-hüquq prinsiplərinin qulaqardı edilməsidir. Biz Savçenkonu azad eləməyə çağırırıq”, - deyə Departament rəsmisi Con Kirbi qeyd edib.
Qlobal.az



