SON XƏBƏR

ATƏT Azərbaycana dəstəyində sadiqdir - İsveç XİN

Fevral 04
11:18 2021
Ötən il Dağlıq Qarabağ münaqişəsinin eskalasiyası və bunun nəticəsində çoxsaylı qurbanların olması münaqişələr uzun müddət həll olunmamış qaldıqda yaranan riskləri açıq-aşkar nümayiş etdirdi.

Qlobal.az Trend-ə istinadən xəbər verir ki, bunu İsveç Xarici İşlər Nazirliyindən ölkənin ATƏT sədrliyinə başlamasını şərh edərkən deyiblər.

Nazirlikdən bildiriblər ki, ATƏT-in regionda münaqişələrin tənzimlənməsində razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında kömək göstərməsi İsveçin sədrlik müddətinin prioritet hədəflərindən biri olacaq.

Qeyd olunub ki, 2019-cu ildə ATƏT sədrinin və 2018-ci ildə baş katibinin səfərlərindən sonra ATƏT və Azərbaycan əməkdaşlıqlarını fəallaşdırıb və bundan sonra da bu əməkdaşlığın genişlənməsi üçün digər sahələr tədqiq olumnacaq:

Nazirlikdən onu da bildiriblər ki, atəşkəs rejiminin möhkəmlənməsi regionda dayanıqlı sülhün təmin olunması məqsədilə vəziyyətin stabilləşdirilməsi üçün digər tədbirləri görməyə imkan verəcək:

"ATƏT təhlükəsizliyin təmin olunması üzrə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsində Azərbaycana dəstəyində sadiqdir".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook