Ateistə 10 il həbs və 2 min şallaq
Fevral 28
19:23
2016
Səudiyyə Ərəbistanı məhkəməsi ateist vətəndaşı cəzalandırıb. Qaynar.info xəbər verir ki, məhkəmə həmin şəxsə 10 il həbs və 2 min şallaq cəzası verib.
Səudiyyə Ərəbistanında sosial mediaya nəzarət edən şəriət polisi bir istifadəçinin 600-dən çox ateist paylaşım etdiyini müəyyənləşdirib. Məhkəmə qarşısına çıxarılan adı açıqlanmayan bu şəxsə 10 il həbs cəzası verilib. Ateist bununla da qurtula bilməyib. Ona həm də 2 min şallaq vurulacaq. Həmçinin 5 min 300 dollar cərimə ödəyəcək.
"Al-Watan" qəzeti yazır ki, həbs olunan şəxs Quran ayələrini ələ salmaqda, peyğəmbərlərin fikirlərini yalan adlandırmaqda ittiham olunub.
28 yaşlı müttəhim isə aylaşımlarının öz fikirləri olduğunu və söz azadlığından istifadə etdiyini bildirib.
Qlobal.az



