SON XƏBƏR

“ATE Construction” müqaviləsiz işçi çalışdırıb?

İyun 06
09:01 2024
Dövlət Əmək Müfəttişliyi Xidməti iş adamı Elxan Muradlını cərimələyib.

Qaynarinfo-nun məlumatına görə, iş adamına İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb.

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elxan Muradlı dövlət qurumunun qərarında məhkəməyə şikayət ərizəsi ilə müraciət edib.

Onun şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq.

Fuad Axundov iş üzrə hakim təyin edilib. Məhkəmə iclasının vaxtı hələ ki, müəyyənləşdirilməyib.

Elxan Muradlı "ATE Construction” şirkətinin sahibidir.

O bir neçə il əvvəl külli miqdarda dələduzluğa məruz qalması ilə gündəmə gəlmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilir ki, Elxan Muradlının 600 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook