SON XƏBƏR

Çatdırılma şirkətləri adından saxta mesajlar göndərilir - XƏBƏRDARLIQ

Yanvar 24
10:46 2025
Çatdırılma şirkətləri adından vətəndaşlara saxta mesajlar göndərilir.

Xezerxeber.az-ın məlumatına görə, son zamanlar bu kimi dələduzluq halları artıb.

Daşınma şirkətlərindən birindən "Xəzər Xəbər"ə bildirildi ki, vətəndaşa hər hansı şübhəli mesaj göndərilərsə, həmin şəxs sifarişi etdiyi mərkəz ilə əlaqə saxlamalıdır. Çatdırılma şirkətlərindən isə o da qeyd edildi ki, onlayn ödənişlər yalnız sifarişin yaradılması zamanı həyata keçirilir.

Saxta mesajlarda göndərilən linkə daxil olduqda isə vətəndaşların məlumatları ələ keçirilir.

Daxili İşlər Nazirliyi bununla bağlı xəbərdarlıq edib. Qeyd edilib ki, sifariş gözləyən hər bir vətəndaş diqqətli olmalıdır.
 








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook