SON XƏBƏR

“AtaSığorta”nın meneceri pul aldı, avtomobili sığortalamadı - Müştəri iki dəfə cərimə edildi

Sentyabr 19
18:17 2023
Məhkəmə müştəridən pul alıb, avtomobilini sığortalamayan "AtaSığorta” şirkətinin vəzifəli şəxsi barədə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, Nürəli Əhmədov (ad-soyad şərt) əvvəlcədən tanımadığı "AtaSığorta” şirkətində menecer vəzifəsində işləyən 1994-cü il tarixli Bakı sakini Cavid Səmədovdan (ad-şərti soyad) avtomobilinin sığortalanmasını istəyib. 

Cavid Səmədov 21 avqust 2023-cü il tarixdə ona avtomobilini sığorta etmək məqsədi ilə "Milliön” aparatı vasitəsi ilə 80 manat məbləğində pul ödətdirib. 

Nürəli Əhmədov avtomobilinin sığorta olunduğuna əmin olub və yola çıxıb. Dövlət Yol Polisinin əməkdaşları tərəfindən iki dəfə cərimə edilib. Baş verən hadisə ilə bağlı "AtaSığorta” şirkətinin menecerini məlumatlandırsa da, Cavid Səmədov müştərinin avtomobilini sığorta etməkdən boyun qaçırıb. Nəticədə Nürəli Əhmədov Xətai Rayon Polis İdarəsinə müraciət etməli olub. Polis Cavid Səmədovu saxlayıb və İnzibati Xətlar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində protokol tərtib edərək, işi məhkəməyə göndərib.

Cavid Səmədov məhkəmədə özünü təqsirli bilərək deyib ki, "AtaSığorta” şirkətində menecer vəzifəsində işləyib, 21 avqust 2023-cü il tarixdə tanımdağı şəxsdən avtomobilini sığorta etmək məqsədi ilə "Milliön” aparatı vasitəsi ilə pul alıb. Lakin unutduğu üçün avtomobili sığortalamayıb, daha sonra həmin şəxs ona qarşı aqressiv münasibət sərgiləyib və avtomobil sığortalanmadığı üçün ona cərimə yazıldığını bildirərək barəsində şikayət ərizəsi ilə polisə müraciət edib. Avtomobil sığorta edilmədiyi üçün ümumilikdə vətəndaşa 183 manat dəyərində ziyan dəyib. Cavid Səmədov zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını və zərərçəkənin ona qarşı heç bir şikayət və tələbinin olmadığını detib. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edib.

Nürəli Əhmədov məhkəmə iclasında izahat verərək göstərib ki, 21 avqust 2023-cü il tarixdə "AtaSığorta” şirkətinin işçisinə şəxs avtomobilini sığorta etdirmək məqsədi ilə 80 manat ödəyib, lakin avtomobil sığortalanmayıb, bu səbəbdən də iki dəfə cərimə olunub. O həmçinin ziyanın ödənildiyini və şikayətinin olmadığını deyib.

Məhkəmə tərəflər arasında barışıq əldə olunduğu üçün Cavid Səmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə üzrə icraata xitam verib.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook