SON XƏBƏR

Atambayev girov götürülmüş xüsusi təyinatlıları buraxacağını vəd etdi

Avqust 08
11:16 2019
Qırğızıstanın eks prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib.

Trend-in məlumatına görə, sabiq prezident artıq onların bəzilərinin azad edildiyini qeyd edib.

A.Atambayev deyib: "Onlar da kiminsə övladlarıdır, biz başa düşürük. Biz onları mütləq buraxacağıq. Əksəriyyətini artıq dünən sərbəst buraxmışıq".

Qeyd edək ki, otən gün A.Atambayevin Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat həyata keçirilib. Yaranmış qarşıdurmada 52 nəfər xəsarət alıb. Faktı Qırğızıstan Səhiyyə Nazirliyi təsdiq edib.

Məlumata görə, xəstəxanaya 52 nəfər müraciət edib. Onlardan 20 nəfər xəstəxanada, daha 11 nəfər güc strukturlarının tibb müəssisələrində müalicə olunur.

Bir nəfər xüsusi təyinatlının isə həlak olduğu qeyd edilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook