Aşuranın fəlsəfəsi (II yazı)
Avqust 11
20:36
2022
II xəlifə Ömər ibn Xəttab: xarakteri, inancı, siyasi fəaliyyəti və şiələrin ona nifrətinin səbəbləri
Bu ilki Aşura mərasimlərində radikal dindar kəsimin həm dövlət bayrağımızla bağlı mövqeyi (sosial şəbəkələrdə bayrağımızın ələ salınması, ironiya edilməsi və sairə), həm də mövcud qanunlara zidd olaraq qara bayraqlar qaldırılması, divarlara dini şüarlar yazılması, ən başlıcası da bu işlərə azyaşlı məktəblilərin və qadınların cəlb edilməsi, eləcə də əldə iti xəncərlərlə baş-gözləri yarılmış halda küçə yürüşləri keçirmələri heç şübhəsiz ki, onları bu işə vadar edənlərin dövlətə qarşı psixoloji basqısı kimi dəyərləndirilməlidi. Ayrıca, bütün bu qanunsuzluqlar bu işə cəlb edilən azyaşlılarda mənəvi və psixoloji travma yaradır ki, bu da çox ciddi cinayət hadisəsidir. Ümid edirəm ki, dövlətimiz bu incə məqamlara diqqət edir, zamanı gəldiyində də ciddi tədbirlər görüləcəkdir.
Bütün bunlardan sonra o qənaətə gəlmək mümkündür ki, "Kərbəla hadisəsi” və bu hadisə bəhanə edilərək təşkil olunan Aşura mərasimlərinin əsil mahiyyəti, qayəsi barədə xalqımızın mütləq əksəriyyəti məlumatsızdı. Bu səbəbdən dolayı, mövzu ilə bağlı marifçilik işi genişləndirilməli, əhali bilgiləndirilməlidir. İlk növbədə Kərbəla hadisəsinin əsil səbəblərini, mahiyyəti və məğzini insanlara anlatmaq lazımdı. Biz bu yazı dizimizlə məhz o məqsədi qarşımıza qoymuşuq.
Qayıdaq mövzumuza…
I xəlifə Əbu Bəkr iki il hökm sürdükdən sonra 634-cü ildə dünyasını dəyişdi. Onun yerinə Ömər ibn əl-Xəttab xəlifə seçildi. Ömərə ilk biət edənlərdən biri də Əli ibn Əbu Talib oldu. Amma nədəndirsə (əslində səbəblər bəllidi) bu günkü Əli aşiqləri, əhli-beyt tərəfdarları onu heç sevmirlər, hətta nifrət edirlər. Ömərə qarşı nifrət hissi Müaviyyə ibn Süfyan və onun oğlu Yezidə olan nifrəti də kölgədə qoyur. Hətta bu nifrət hissi o həddə çatır ki, Aşura mərasimlərində əhli-beyt aşiqləri Yeziddən çox Ömərə nifrin yağdırırlar.
Dünyadakı bütün şiələrin təxminən 80 faizi İran və Azərbaycanda yaşayır. Onlara Cəfəri şiəsi deyirlər. Cəfərilər arasında sorğu keçirilsə ki, bütün İslam aləmində ən çox nifrət etdiyiniz şəxs kimdir, tərəddüd etmədən deyə bilərik ki, rəyi soruşulanların 99,99 faizi Ömərin adını çəkər. Axı niyə? Səbəb nədir?
– Ömər həm İslama qədər, həm də müsəlman olduqdan sonra sərt və tələbkar davranışları ilə bütün ərəblər arasında xüsusilə seçilirdi;
– İslam tarixində yer alan "Ömər ibn Xəttab ən ədalətli ərəb olub” fikri tərifdən çox onun xarakterinə xas olan xüsusiyyətinin təsviridir. Ömər üçün qanun hər şeyin fövqündədir, qanuna əməl olunmazsa, nizam pozular, dövlət çökər. Ömərin bu yanaşması pafos deyil, o, əməli fəaliyyəti ilə də bunu isbat edib. Məsələn, qanunu pozan doğmaca oğluna (sonradan məşhur hədis alimi Abdullah ibn Ömər) mövcud qanunlar gərəyi 100 şallaq vurulmasını əmr edir. 60 şallaqdan sonra Abdullahın huşu gedir. Ata ürəyi dözmür, ağlaya-ağlaya "Abdullahı qaldırın, qalan 40 şallağı mənə vurun” deyir. Müsəlmanların "xəlifəyə şallaq vurulmaz” etirazına "ədalətli xəlifənin hökmü yerdə qalmamalıdı, əks-təqdirdə ədalətin ayarı pozular” cavabını verir və ona 40 şallaq vurulur;
– Ömər 10 illik xəlifəliyi müddətində nə ailəsindən, nə də yaxın qohumlarından kiməsə yüksək vəzifə verir. Ona "oğlunu özündən sonra xəlifə təyin et” tələbinə qarşı çıxır, "xəlifəlik şərəfdirsə, allahın lütfüdürsə, bir ailədən birinin xəlifə olması yetər, yox, əgər bu əzabdırsa, yenə də qoy hər ailədən biri bu əzabı çəksin” deyir və irsi səltənətə qarşı çıxır. O, xəlifənin bütün icma tərəfindən, seçki yoluyla seçilməsinin tərəfdarı idi və özündən sonrakı xəlifənin məhz belə seçilməsini buyurmuşdu, belə də oldu. Ömərdən sonra Osman ibn Əffanın seçki yoluyla xəlifə olması prosesini o dövr üçün demokratiyanın təzahürü kimi dəyərləndirmək olar.
– Ömər İslam dininə girdikdən sonra Məhəmməd ona "doğrunu yanlışdan ayırd edən” anlamına gələn "əl-Faruk” ləqəbini verir;
– yüzlərcə səhabəyə istinadən qələmə alınan səhih hədisdə deyilir ki, peyğəmbər "əl-Ənfal” surəsinin 67-ci ayəsinin məhz Ömərin ədalətinin, doğruluğunun isbatı üçün nazil olduğunu deyibmiş;
– Tirmizinin "Sünən” hədislər toplusunun 3686-cı səhih hesab olunan hədisində peyğəmbərə istinadən deyilir: "Əgər məndən sonra daha bir peyğəmbər gəlsəydi, o şəxs mütləq Ömər olardı!” Bu da Məhəmmədin Öməri nə qədər əməli saleh biri hesab etdiyinin bariz sübutudu;
– Ömər sağlığında peyğəmbər tərəfindən cənnətlə müjdələnən 10 nəfərdən biridir. Şiələr bu 10 nəfərdən yalnız Əli ibn Əbu Talibi qəbul edir, digər 9 nəfəri rədd edirlər. Bu məntiqlə onlar Məhəmmədin özünü də rədd etmiş olurlar;
– Ömər hələ islamı qəbul etməmişdən öncə peyğəmbər belə deyirmiş: "Allahım, bu iki şəxsdən (Əbu Cəhl və Ömər Xəttab) hansını daha çox sevirsənsə, onunla İslamı gücləndir!”
Bütün bunlar onu göstərir ki, Ömər ibn Xəttab müsəlman aləmində doğruluğu, düzgünlüyü, ədaləti ilə tanınırdı və bu keyfiyyətlərinə görə geniş nüfuz sahibiydi. O, Məhəmməd tərəfindən də yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, Ömər islamı qəbul etdiyi zaman peyğəmbər iki əlini yuxarı qaldıraraq allahına təvəkkül etmiş və "allahım, sənə çox şükür, dualarımı eşitdin və islamı Ömərin qılıncıyla gücləndirib, ədalətiylə şərəfləndirdin” deyibmiş.
Ömər ibn Xəttabın şəxsi keyfiyyətləri, talantı, dövlət idarəçiliyi sahəsində bacarığı və qabiliyyəti qısa müddətdə Ərəb Xilafətini qəbilə-çadır idarəçiliyindən böyük bir imperatorluğa çevirdi. O, Xilafət ərazisində yeni yolların çəkilməsinə və Bizans üslubunda şəhərlərin salınmasına böyük önəm verirdi. Çünki yalnız bu üsullarla ticarət inkişaf edə və ərəblər dünyaya açıla bilərdilər. Məsələn, Ömərin sayəsində hələ Roma imperatoru Trayanın vaxtında Nil çayı ilə Qızıl dənizi birləşdirən və sonradan yararsız hala düşən kanal təmizlənərək istifadəyə verildi. Bu da Misirlə Ərəbistan yarımadası arasında yolu xeyli qısaltdı və nəticədə Şimali Afrika ilə ticarət əlaqələri inkişaf etdi. Bu, həm də sonradan bölgənin müsəlmanlaşdırılması yolunda həlledici rol oynadı.
Ömər dövlətin möhkəmləndirilməsi üçün bir çox islahatlara da imza atıb. Dövlətin əyalətlər sisteminə bölünməsi, əyalətlərdə özünüidarə sistemi və onların mərkəzi hakimiyyətlə əlaqəsinin müəyyən olunması, vergi sisteminin tətbiqi, fiqh (hüquq) məktəblərinin yaradılması, Quran ayələrinin toplanması (bu iş Osmanın vaxtında yekunlaşdı) yeni yaranan dövlətin təməllərinin atılmasıydı. Bundan başqa, Ömər Məhəmmədin vaxtından qalan siğə və təməttü həcci kimi adətləri qadağan etməklə bəzi əxlaqsızlıqların da qarşısını aldı. Hərçənd ki, bugünkü əhli-beyt tərəfdarları Öməri ittiham edərkən onu bidətçilikdə də suçlayır və siğənin qadağan olunmasını küfr hesab edirlər.
Sünnülərin tarihi gələnəyində Ömərin fəaliyyəti yüksək səviyyədə, ideal hökmdar kimi təqdir edilir. O, mömin şəxs kimi xarakterizə edilərək, müsəlmanlara qarşı adil, düşmənə qarşı isə sərt və amansız olduğu vurğulanır. Ömərin fəaliyyətini diqqətlə analiz edəndə açıq-aşkar görünür ki, o, enerjili olmaqla yanaşı, yüksək siyasi qabiliyyətə də sahib olub. O, insanların dini ehtirasından məharətlə istifadə yetənəyinə sahibdi, bu enerjini, ehtirası dövlətin möhkəmləndirilməsi istiqamətinə yönləndirə bilirdi. Xəlifə Ömərin yönətim tərzi avtoritar olsa da, o, əsla bir tiran deyildi.
Bütün bu deyilənlərdən göründüyü kimi, Ömər Xəttab müsəlman aləmi üçün və dövrünün ideala yaxın bir hökmdarı olub. Bəs, elə isə, nədən şiələr onu sevmir, lənətləyir, hakimiyyəti qəsb etmiş uzurpator olaraq tanıdırlar? Əgər İslam dininin banisi Məhəmməd ibn Abdullah belə, onu təqdir etmişsə, şiələrin ilk imamı Əli ibn Əbu Talib ona ilk biət edənlərdən olmuşsa və "bu vəzifəyə Ömər məndən daha çox layiq biridir” demişsə, niyə onun davamçıları onu lənətləyir, İslam aləminin qollara ayrılmasına, parçalanmasına yol açırlar? Hər il keçirilən Aşura mərasimlərində Ömər Kərbəla faciəsinin əsas faili hesab edilən Yezid və atası Müaviyyədən daha çox söyülür, daha çox lənətlənir. Sözsüz ki, bu işin arxasında başqa bir səbəb yatır, heç də dini və məzhəbi təəssübdən qaynaqlanmır.
Mən Ömərin fəaliyyətini diqqətlə araşdırdıqda gördüm ki, ona olan nifrət və elə Aşura ilə bağlı fəaliyyətlər dini-məzhəbi yox, milli təəssübün təsirindəndir. Bu nifrətin başlıca səbəbi Ömərin dönəmində baş tutan fəthlərlə bağlıdır. Gəlin baxaq görək, Ömərin xəlifəliyi dönəmində hansı fəthlər gerçəkləşdirilib?
– Sasani imperiyası ilə savaşda Xilafət ordularının arxa cəbhəsi sağlama alınırdı;
– Suriya və Fələstin həm verimli torpaqlara sahib idi ki, bu da gələcək savaşlar üçün yeni gəlir qaynağı yaradırdı, həm də strateji əhəmiyyəti vardı. Belə ki, məhz bu torpaqların ələ keçirilməsindən sonra Ərəb Xilafəti Aralıq dənizinə açıldı və 30 il sonra, 5-ci xəlifə Müaviyyə ibn Əbu Süfyanın hökmranlığı dönəmində güclü donanma yaradıldı ki, bu, olduqca mühüm əhəmiyyət daşıyırdı.
Ömər gözəl anlayırdı ki, Suriya və Fələstin torpaqlarının fəthi və oralarda xilafətin güclənməsi o qədər də çətin olmayacaq. Çünki bu bölgələrin əhalisi sami xalqları idi və ərəblərlə eyni kökə sahib idilər. Doğrudan da xristian mənşəli sami xalqları tez bir zamanda ərəblərlə qaynayıb-qarışdılar və Xilafətin ən güclü, ən əhəmiyyətli əyalətlərindən biri, Şam valiliyi ortaya çıxdı.
Ömər gələcək planlarını gerçəkləşdirmək – Sasani imperiyasını ortadan qaldırmaq üçün hələ hakimiyyətə gəlməmişdən öncə, 633-cü ildən başlayaraq, Suriya və Fələstinə hərbi yürüşlər təşkil edirdi (xəlifənin əsas köməkçisi olaraq). Düzdür, bu döyüşlərə sərkərdəliyi başqa şəxslər həyata keçirsə də, onlar məhz Ömərin planı, stratejisi əsasında hərəkət edirdilər. 634-cü ilin iyuluna qədər cənubi Fələstin torpaqları artıq fəth olunmuşdu. Bizanslılarla ilk böyük və həlledici döyüş 634-cü ilin iyul ayının 30-da başladı. Bu vaxt xəlifə Əbu Bəkr ağır xəstə vəziyyətdə idi və dövlətin bütün işləri Ömərin nəzarətinə keçmişdi.
Xilafət ordularının başına Xalid ibn Vəlid kimi tanınmış bir sərkərdənin gətirilməsi, Əmr ibn As, Yəzid ibn Əbu Süfyan, Əbu Übeydə ibn Cərrah kimi ünlü ərəb komutanların ona yardımçı təyin olunması Ömərin nə qədər uzaqgörən və stratejist olduğunun sübutudur. Tarixə Ecnadeyn savaşı kimi düşən bu müharibə İslam Ordusunun tam qələbəsi ilə başa çatdı. Xalid ibn Vəlidin hərbi dühası nəticəsində, əsasən yüngül silahlarla silahlanmış ərəb süvari ordusunun çevik hərəkəti döyüşün taleyini həll etdi. Müsəlmanlar bu döyüşdə cəmi 14 itki verirlər, bizanslıların itkisi isə 3 mindən yuxarı olur. Xristian ordularının başında birbaşa imperator Heraklios özü dururdu. O, çevik müsəlman süvarilərinin qarşısında duruş gətirə bilmir və döyüş meydanından qaçmaqla canını qurtarır. İmperatorun qorxaqlığı nəticədə 80 minlik Bizans ordusunun 35 minlik ərəb ordusu qarşısında pərən-pərən düşərək dağılmasına yol açır.
Əcnadeyn savaşı nəticəsində Fələstin və Suriya qapıları müsəlmanların üzünə açılır. Sonrakı iki il müddətində bizanslılarla aparılan Hələb, Dəmirkörpü, Dathin, Firaz, Qarteen savaşları da İslam Ordusunun qələbəsilə başa çatır. Bizanslılarla ən həlledici döyüş Yərmuk savaşıdı. 15-20 avqust 636-cı ildə baş tutan bu döyüşdə 40 minlik müsəlman ordusu ərəb qaynaqlarına görə 200 min, Bizans qaynaqlarına görə 140 minlik xristian ordularını darmadağın edir. Bizans ordularının 70-100 min arası itkisinə qarşı, müsəlmanlar cəmi 3 min itki verirlər. Bu savaşlar nəticəsində Misir, Suriya, Livan və Fələstin bütünlüklə Xilafətin əlinə keçir. Artıq Bizansla sərhədlər Anadolunun içlərinə qədər gedib çıxırdı.
Ömər arxa cəbhəni möhkəmləndirdikdən və sağlama aldıqdan sonra üzünü Şərqə – fars Sasani torpaqlarına çevirmişdi. Qarşıda onları iranlılarla iki həlledici döyüş gözləyirdi – Nihavənd və Kadisiyyə savaşları. Bu iki həlledici savaşa qədər iki dövlət arasında "Körpü” adlı daha bir savaş da olub. Xilafət ordusu bizanslılarla savaşarkən şərq istiqamətinə də bir kəşif ordusu göndərir. Ordunun başındakı Əbu Ubeyd əs-Səkafinin çılğınlığı Fərat çayı üzərindəki bu savaşda müsəlmanların ağır məğlubiyyətə uğramasına səbəb olur. Ömər Xəttab bu yenilgidən belə, bacarıqla istifadə edə bilir. Sasanilər "Körpü” savaşından sonra rəhavət içərisinə girir və İslam Ordusunun onlara rəqib ola bilməyəcəyi düşüncəsinə qapılırlar. Ömərə də elə bu lazım idi. O, sasanilərin bütün çatışmazlıqlarını analiz edib, Nihavənd və Kadisiyyə döyüşlərinə yeni strateji və taktika ilə çıxır.
II YAZI
Bütün bunlardan sonra o qənaətə gəlmək mümkündür ki, "Kərbəla hadisəsi” və bu hadisə bəhanə edilərək təşkil olunan Aşura mərasimlərinin əsil mahiyyəti, qayəsi barədə xalqımızın mütləq əksəriyyəti məlumatsızdı. Bu səbəbdən dolayı, mövzu ilə bağlı marifçilik işi genişləndirilməli, əhali bilgiləndirilməlidir. İlk növbədə Kərbəla hadisəsinin əsil səbəblərini, mahiyyəti və məğzini insanlara anlatmaq lazımdı. Biz bu yazı dizimizlə məhz o məqsədi qarşımıza qoymuşuq.
Qayıdaq mövzumuza…
I xəlifə Əbu Bəkr iki il hökm sürdükdən sonra 634-cü ildə dünyasını dəyişdi. Onun yerinə Ömər ibn əl-Xəttab xəlifə seçildi. Ömərə ilk biət edənlərdən biri də Əli ibn Əbu Talib oldu. Amma nədəndirsə (əslində səbəblər bəllidi) bu günkü Əli aşiqləri, əhli-beyt tərəfdarları onu heç sevmirlər, hətta nifrət edirlər. Ömərə qarşı nifrət hissi Müaviyyə ibn Süfyan və onun oğlu Yezidə olan nifrəti də kölgədə qoyur. Hətta bu nifrət hissi o həddə çatır ki, Aşura mərasimlərində əhli-beyt aşiqləri Yeziddən çox Ömərə nifrin yağdırırlar.
Dünyadakı bütün şiələrin təxminən 80 faizi İran və Azərbaycanda yaşayır. Onlara Cəfəri şiəsi deyirlər. Cəfərilər arasında sorğu keçirilsə ki, bütün İslam aləmində ən çox nifrət etdiyiniz şəxs kimdir, tərəddüd etmədən deyə bilərik ki, rəyi soruşulanların 99,99 faizi Ömərin adını çəkər. Axı niyə? Səbəb nədir?
Şiələrin Ömər ibn Xəttaba olan nifrətinin əsil səbəbinə aydınlıq gətirmədən öncə onun xarakterik xüsusiyyətlərinə və barəsində İslam peyğəmbərinin dediyi fikirlərə baxaq:
– İslam tarixində yer alan "Ömər ibn Xəttab ən ədalətli ərəb olub” fikri tərifdən çox onun xarakterinə xas olan xüsusiyyətinin təsviridir. Ömər üçün qanun hər şeyin fövqündədir, qanuna əməl olunmazsa, nizam pozular, dövlət çökər. Ömərin bu yanaşması pafos deyil, o, əməli fəaliyyəti ilə də bunu isbat edib. Məsələn, qanunu pozan doğmaca oğluna (sonradan məşhur hədis alimi Abdullah ibn Ömər) mövcud qanunlar gərəyi 100 şallaq vurulmasını əmr edir. 60 şallaqdan sonra Abdullahın huşu gedir. Ata ürəyi dözmür, ağlaya-ağlaya "Abdullahı qaldırın, qalan 40 şallağı mənə vurun” deyir. Müsəlmanların "xəlifəyə şallaq vurulmaz” etirazına "ədalətli xəlifənin hökmü yerdə qalmamalıdı, əks-təqdirdə ədalətin ayarı pozular” cavabını verir və ona 40 şallaq vurulur;
– Ömər 10 illik xəlifəliyi müddətində nə ailəsindən, nə də yaxın qohumlarından kiməsə yüksək vəzifə verir. Ona "oğlunu özündən sonra xəlifə təyin et” tələbinə qarşı çıxır, "xəlifəlik şərəfdirsə, allahın lütfüdürsə, bir ailədən birinin xəlifə olması yetər, yox, əgər bu əzabdırsa, yenə də qoy hər ailədən biri bu əzabı çəksin” deyir və irsi səltənətə qarşı çıxır. O, xəlifənin bütün icma tərəfindən, seçki yoluyla seçilməsinin tərəfdarı idi və özündən sonrakı xəlifənin məhz belə seçilməsini buyurmuşdu, belə də oldu. Ömərdən sonra Osman ibn Əffanın seçki yoluyla xəlifə olması prosesini o dövr üçün demokratiyanın təzahürü kimi dəyərləndirmək olar.
Ömər barəsində islam peyğəmbərinin diqqət çəkən fikirləri və ona qarşı xoş münasibəti olub. Onlardən bəzisini sizlərin də diqqətinə çatdırıram:
– yüzlərcə səhabəyə istinadən qələmə alınan səhih hədisdə deyilir ki, peyğəmbər "əl-Ənfal” surəsinin 67-ci ayəsinin məhz Ömərin ədalətinin, doğruluğunun isbatı üçün nazil olduğunu deyibmiş;
– Tirmizinin "Sünən” hədislər toplusunun 3686-cı səhih hesab olunan hədisində peyğəmbərə istinadən deyilir: "Əgər məndən sonra daha bir peyğəmbər gəlsəydi, o şəxs mütləq Ömər olardı!” Bu da Məhəmmədin Öməri nə qədər əməli saleh biri hesab etdiyinin bariz sübutudu;
– Ömər sağlığında peyğəmbər tərəfindən cənnətlə müjdələnən 10 nəfərdən biridir. Şiələr bu 10 nəfərdən yalnız Əli ibn Əbu Talibi qəbul edir, digər 9 nəfəri rədd edirlər. Bu məntiqlə onlar Məhəmmədin özünü də rədd etmiş olurlar;
– Ömər hələ islamı qəbul etməmişdən öncə peyğəmbər belə deyirmiş: "Allahım, bu iki şəxsdən (Əbu Cəhl və Ömər Xəttab) hansını daha çox sevirsənsə, onunla İslamı gücləndir!”
Bütün bunlar onu göstərir ki, Ömər ibn Xəttab müsəlman aləmində doğruluğu, düzgünlüyü, ədaləti ilə tanınırdı və bu keyfiyyətlərinə görə geniş nüfuz sahibiydi. O, Məhəmməd tərəfindən də yüksək qiymətləndirilirdi. Təsadüfi deyil ki, Ömər islamı qəbul etdiyi zaman peyğəmbər iki əlini yuxarı qaldıraraq allahına təvəkkül etmiş və "allahım, sənə çox şükür, dualarımı eşitdin və islamı Ömərin qılıncıyla gücləndirib, ədalətiylə şərəfləndirdin” deyibmiş.
Ömər ibn Xəttabın şəxsi keyfiyyətləri, talantı, dövlət idarəçiliyi sahəsində bacarığı və qabiliyyəti qısa müddətdə Ərəb Xilafətini qəbilə-çadır idarəçiliyindən böyük bir imperatorluğa çevirdi. O, Xilafət ərazisində yeni yolların çəkilməsinə və Bizans üslubunda şəhərlərin salınmasına böyük önəm verirdi. Çünki yalnız bu üsullarla ticarət inkişaf edə və ərəblər dünyaya açıla bilərdilər. Məsələn, Ömərin sayəsində hələ Roma imperatoru Trayanın vaxtında Nil çayı ilə Qızıl dənizi birləşdirən və sonradan yararsız hala düşən kanal təmizlənərək istifadəyə verildi. Bu da Misirlə Ərəbistan yarımadası arasında yolu xeyli qısaltdı və nəticədə Şimali Afrika ilə ticarət əlaqələri inkişaf etdi. Bu, həm də sonradan bölgənin müsəlmanlaşdırılması yolunda həlledici rol oynadı.
Ömər dövlətin möhkəmləndirilməsi üçün bir çox islahatlara da imza atıb. Dövlətin əyalətlər sisteminə bölünməsi, əyalətlərdə özünüidarə sistemi və onların mərkəzi hakimiyyətlə əlaqəsinin müəyyən olunması, vergi sisteminin tətbiqi, fiqh (hüquq) məktəblərinin yaradılması, Quran ayələrinin toplanması (bu iş Osmanın vaxtında yekunlaşdı) yeni yaranan dövlətin təməllərinin atılmasıydı. Bundan başqa, Ömər Məhəmmədin vaxtından qalan siğə və təməttü həcci kimi adətləri qadağan etməklə bəzi əxlaqsızlıqların da qarşısını aldı. Hərçənd ki, bugünkü əhli-beyt tərəfdarları Öməri ittiham edərkən onu bidətçilikdə də suçlayır və siğənin qadağan olunmasını küfr hesab edirlər.
Sünnülərin tarihi gələnəyində Ömərin fəaliyyəti yüksək səviyyədə, ideal hökmdar kimi təqdir edilir. O, mömin şəxs kimi xarakterizə edilərək, müsəlmanlara qarşı adil, düşmənə qarşı isə sərt və amansız olduğu vurğulanır. Ömərin fəaliyyətini diqqətlə analiz edəndə açıq-aşkar görünür ki, o, enerjili olmaqla yanaşı, yüksək siyasi qabiliyyətə də sahib olub. O, insanların dini ehtirasından məharətlə istifadə yetənəyinə sahibdi, bu enerjini, ehtirası dövlətin möhkəmləndirilməsi istiqamətinə yönləndirə bilirdi. Xəlifə Ömərin yönətim tərzi avtoritar olsa da, o, əsla bir tiran deyildi.
Bütün bu deyilənlərdən göründüyü kimi, Ömər Xəttab müsəlman aləmi üçün və dövrünün ideala yaxın bir hökmdarı olub. Bəs, elə isə, nədən şiələr onu sevmir, lənətləyir, hakimiyyəti qəsb etmiş uzurpator olaraq tanıdırlar? Əgər İslam dininin banisi Məhəmməd ibn Abdullah belə, onu təqdir etmişsə, şiələrin ilk imamı Əli ibn Əbu Talib ona ilk biət edənlərdən olmuşsa və "bu vəzifəyə Ömər məndən daha çox layiq biridir” demişsə, niyə onun davamçıları onu lənətləyir, İslam aləminin qollara ayrılmasına, parçalanmasına yol açırlar? Hər il keçirilən Aşura mərasimlərində Ömər Kərbəla faciəsinin əsas faili hesab edilən Yezid və atası Müaviyyədən daha çox söyülür, daha çox lənətlənir. Sözsüz ki, bu işin arxasında başqa bir səbəb yatır, heç də dini və məzhəbi təəssübdən qaynaqlanmır.
Mən Ömərin fəaliyyətini diqqətlə araşdırdıqda gördüm ki, ona olan nifrət və elə Aşura ilə bağlı fəaliyyətlər dini-məzhəbi yox, milli təəssübün təsirindəndir. Bu nifrətin başlıca səbəbi Ömərin dönəmində baş tutan fəthlərlə bağlıdır. Gəlin baxaq görək, Ömərin xəlifəliyi dönəmində hansı fəthlər gerçəkləşdirilib?
Ömər ibn Xəttab bacarıqlı bir hökmdar olmaqla yanaşı, həm də yüksək səviyyəli hərbi strateq olub. Onun əsas məqsədi Şərq torpaqlarını – irandilli xalqlara məxsus Sasani imperiyasının mülklərini ələ keçirib müsəlmanlaşdırmaqdan ibarət olub. Bu iş üçün o, ilk növbədə Bizans-İran əlaqələrini kəsməyi düşünürdü. Doğrudu, həmin vaxt müsəlmanlara görə, xristian inanclı bizanslılar əhli-kitab hesab olunur, onlarla genişçaplı müharibələr nəzərdə tutulmurdu. Bundan başqa, qısa bir müddət öncəyə qədər Bizans-Sasani savaşları baş vermiş, müharibədən sonra sülh müqaviləsi bağlansa da, iki qədim, köklü imperatorluq arasında münasibətlər o qədər də hamar və mülayim deyildi. Ancaq Ömər Xəttab ehtiyat edirdi ki, yeni yaranan, ilk kövrək addımlarını atan Xiafətin yeni enerji ilə ortaya çıxışı iki keçmiş düşməni birlikdə hərəkətə sövq edə bilər. O, haqlı olaraq düşünürdü ki, İraq və Əcəm torpaqlarına fəth yürüşlərinə başlayan Xilafət orduları arxadan – Suriyadan Bizansın hücumuna məruz qala bilər. Bunun üçün ilk növbədə Suriya və Fələstin torpaqlarını ələ keçirməyi planlayırdı. Ömərin Suriya və Fələstin torpaqlarını ələ keçirməkdə iki məqsədi vardı:
– Suriya və Fələstin həm verimli torpaqlara sahib idi ki, bu da gələcək savaşlar üçün yeni gəlir qaynağı yaradırdı, həm də strateji əhəmiyyəti vardı. Belə ki, məhz bu torpaqların ələ keçirilməsindən sonra Ərəb Xilafəti Aralıq dənizinə açıldı və 30 il sonra, 5-ci xəlifə Müaviyyə ibn Əbu Süfyanın hökmranlığı dönəmində güclü donanma yaradıldı ki, bu, olduqca mühüm əhəmiyyət daşıyırdı.
Ömər gözəl anlayırdı ki, Suriya və Fələstin torpaqlarının fəthi və oralarda xilafətin güclənməsi o qədər də çətin olmayacaq. Çünki bu bölgələrin əhalisi sami xalqları idi və ərəblərlə eyni kökə sahib idilər. Doğrudan da xristian mənşəli sami xalqları tez bir zamanda ərəblərlə qaynayıb-qarışdılar və Xilafətin ən güclü, ən əhəmiyyətli əyalətlərindən biri, Şam valiliyi ortaya çıxdı.
Ömər gələcək planlarını gerçəkləşdirmək – Sasani imperiyasını ortadan qaldırmaq üçün hələ hakimiyyətə gəlməmişdən öncə, 633-cü ildən başlayaraq, Suriya və Fələstinə hərbi yürüşlər təşkil edirdi (xəlifənin əsas köməkçisi olaraq). Düzdür, bu döyüşlərə sərkərdəliyi başqa şəxslər həyata keçirsə də, onlar məhz Ömərin planı, stratejisi əsasında hərəkət edirdilər. 634-cü ilin iyuluna qədər cənubi Fələstin torpaqları artıq fəth olunmuşdu. Bizanslılarla ilk böyük və həlledici döyüş 634-cü ilin iyul ayının 30-da başladı. Bu vaxt xəlifə Əbu Bəkr ağır xəstə vəziyyətdə idi və dövlətin bütün işləri Ömərin nəzarətinə keçmişdi.
Xilafət ordularının başına Xalid ibn Vəlid kimi tanınmış bir sərkərdənin gətirilməsi, Əmr ibn As, Yəzid ibn Əbu Süfyan, Əbu Übeydə ibn Cərrah kimi ünlü ərəb komutanların ona yardımçı təyin olunması Ömərin nə qədər uzaqgörən və stratejist olduğunun sübutudur. Tarixə Ecnadeyn savaşı kimi düşən bu müharibə İslam Ordusunun tam qələbəsi ilə başa çatdı. Xalid ibn Vəlidin hərbi dühası nəticəsində, əsasən yüngül silahlarla silahlanmış ərəb süvari ordusunun çevik hərəkəti döyüşün taleyini həll etdi. Müsəlmanlar bu döyüşdə cəmi 14 itki verirlər, bizanslıların itkisi isə 3 mindən yuxarı olur. Xristian ordularının başında birbaşa imperator Heraklios özü dururdu. O, çevik müsəlman süvarilərinin qarşısında duruş gətirə bilmir və döyüş meydanından qaçmaqla canını qurtarır. İmperatorun qorxaqlığı nəticədə 80 minlik Bizans ordusunun 35 minlik ərəb ordusu qarşısında pərən-pərən düşərək dağılmasına yol açır.
Əcnadeyn savaşı nəticəsində Fələstin və Suriya qapıları müsəlmanların üzünə açılır. Sonrakı iki il müddətində bizanslılarla aparılan Hələb, Dəmirkörpü, Dathin, Firaz, Qarteen savaşları da İslam Ordusunun qələbəsilə başa çatır. Bizanslılarla ən həlledici döyüş Yərmuk savaşıdı. 15-20 avqust 636-cı ildə baş tutan bu döyüşdə 40 minlik müsəlman ordusu ərəb qaynaqlarına görə 200 min, Bizans qaynaqlarına görə 140 minlik xristian ordularını darmadağın edir. Bizans ordularının 70-100 min arası itkisinə qarşı, müsəlmanlar cəmi 3 min itki verirlər. Bu savaşlar nəticəsində Misir, Suriya, Livan və Fələstin bütünlüklə Xilafətin əlinə keçir. Artıq Bizansla sərhədlər Anadolunun içlərinə qədər gedib çıxırdı.
Ömər arxa cəbhəni möhkəmləndirdikdən və sağlama aldıqdan sonra üzünü Şərqə – fars Sasani torpaqlarına çevirmişdi. Qarşıda onları iranlılarla iki həlledici döyüş gözləyirdi – Nihavənd və Kadisiyyə savaşları. Bu iki həlledici savaşa qədər iki dövlət arasında "Körpü” adlı daha bir savaş da olub. Xilafət ordusu bizanslılarla savaşarkən şərq istiqamətinə də bir kəşif ordusu göndərir. Ordunun başındakı Əbu Ubeyd əs-Səkafinin çılğınlığı Fərat çayı üzərindəki bu savaşda müsəlmanların ağır məğlubiyyətə uğramasına səbəb olur. Ömər Xəttab bu yenilgidən belə, bacarıqla istifadə edə bilir. Sasanilər "Körpü” savaşından sonra rəhavət içərisinə girir və İslam Ordusunun onlara rəqib ola bilməyəcəyi düşüncəsinə qapılırlar. Ömərə də elə bu lazım idi. O, sasanilərin bütün çatışmazlıqlarını analiz edib, Nihavənd və Kadisiyyə döyüşlərinə yeni strateji və taktika ilə çıxır.
Ərəb-fars və bugünkü sünnü-şiə düşmənçiliyinin tarixi məhz bu savaşlara gedib çıxır. Həmçinin 681-ci il tarixli Kərbəla hadisəsinin əsil səbəblərini də Nihavənd və Kadisiyyə savaşlarında axtarmaq lazımdır…
(Ardı var)
Müəllif: Fərəməz Novruzoğlu
Qeyd: Birinci yazını buradan oxuya bilərsiniz
Mənbə: boyuksherg.az
Qlobal.az