SON XƏBƏR

Aşura mərasimləri keçirilməyəcək — Kütləvi toplaşmaq yolverilməzdir (VİDEO)

Avqust 16
14:40 2020
Məhərrəm ayı ərəfəsində din xadimləri əhaliyə çağırış edir. Koronavirus infeksiyasının yayıldığı dövrdə dini ayinlərin təşkili yolverilməzdir. Qapalı və açıq məkanlarda kütləvi toplaşma virusun yayılmasına təkan verən əsas səbəblərdəndir. Kütləvi tədbirlər xəstəliyın yayılma sürətini artırmaqla ikinci dalğanın başlamasına səbəb ola bilər.

İlahiyyatçı-alimlər deyir ki, sanitar-gigiyenik qaydalar əməl etməmək, xəstəliyin yayılmasına səbəb olmaq günahdır. Din xadimləri hesab edir ki, xəstəliyin yayıldığı dövrdə hansısa dini ayinlərin təşkili cinayətdir.Bu səbədən də avqustun 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən "Aşura" günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.

Bu səbəbdən, virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün qabaqlayıcı tədbirlərə əməl edilməli, dini mərasimlərin o cümlədən də ayinlərin keçirilməsi zamanı operativ qərəgahın və səhiyyə qurumlarının göstərişlərinə əməl edilməlidir. İlajiyyatçı-alim İbrahim Quliyev bildirdi ki, təkcə Azərbaycanda deyil bütün islam ölkələrində məsçidlər və ibadət yerləri qaplıdır.

Alimlər tövsiyyə edir ki, Məhərrəm ayının dini mərasim və ayinlərinin xüsusi şəraitdə qeyd olunması, namazların fərdi qaydada evdə qılınması, müvafiq ayinlərin virtual məkanda izlənməsi məqsədəuyğundur.

Din xadimi vətəndaşlara müraciətində hər kəsi bu tövsiyyələri anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır.(xezerxeber)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook