SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

Ağsuda aranı qatan dələduzluq işi ilə bağlı yeni məlumatlar

Fevral 25
17:53 2025
"Şöhlətoğlu" İstirahət Mərkəzinin administratoru olmuş Adil Əsədov barəsindəki cinayət işi Şəki Apellyasiya Məhkəməsində araşdırılacaq. 

Bu barədə Qaynarinfo-ya zərərçəkmişlər bildirib. Onların sözlərinə görə, Ağsu Rayon Məhkəməsi Adil Əsədova yüngül cəza təyin edib. Bu baxımdan, zərərçəkmişlər hökmdən apellyasiya şikayəti verib. Eyni zamanda dövlət ittihamçısı da hökmdən protest verib. 

Adil Əsədov Ağsu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü (Dələduzluq və mənimsəmə) maddələri ilə mühakimə edilib. 

Dövlət ittihamçısı Adil Əsədova 5 il azadlıqdan məhrumetmə cəzası istəsə də, hakim təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. 

Zərəçəkmişlər bunu Ağsu Rayon Məhkəməsinin sədri Babək Qasımovun yarıtmaz fəaliyyəti ilə izah edirlər. Onlar məhkəmə sədri barəsində yuxarı instansiyalara şikayət də ünvanlayıblar. Zərəçəkmişlərin şikayətindən sonra bu işdə adı keçən Ağsu Rayon Məhkəməsinin əməkdaşı, Babək Qasımovun yaxın qohumu olduğu deyilən Ayxan adlı şəxs işdən çıxarılıb. 

Zərərçəkmişlər Sürəyya Qurbanova, Tohid Ağamalıyev və Fərahim İbrahimov Qaynarinfo-ya bildirib ki, onlar bu gün Məhkəmə-Hüquq Şurasında olublar. Onları Şuranın səlahiyyətli şəxsləri qəbul edib və şikayətlərini dinləyib. "İnanırıq ki, Şəki Apellyasiya Məhkəməsində işə ədalətli baxacaqlar. Bu adam açıq-aşkar bizə qarşı dələduzluq edib. Bunu bütün Ağsu bilir. Ona görə də istəyirik ki, Adil Əsədov layiqli cəzasını alsın. Eyni zamanda Ağsu Rayon Məhkəməsinin sədri barəsində müvafiq tədbir görülsün", deyə zərərçəkmişlər vurğulayıb. 

Yeri gəlmişkən, bu işdə zərərçəkmişlərdən biri də "Şöhlətoğlu" İstirahət Mərkəzinin sahibi Novruz Gülməmmədovdur. Adil Əsədovun ən çox ziyan vurduğu şəxs də elə Novruz Gülməmmədovdur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook