SON XƏBƏR

Ağsuda 28,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb

Fevral 04
20:06 2016
Ağsu rayonunda keçən il ümumi məhsul buraxılışında tikinti-quraşdırma işlərinin həcmi 28,5 milyon manata çatıb. Əsas kapitala 34,6 milyon manat investisiya yönəldilib.
 
Bu barədə rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, 2015-ci ildə Ağsuda böyük həcmdə tikinti-quraşdırma işləri görülüb. Belə ki, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və Ağsu elektrik şəbəkəsi üçün yeni inzibati binalar, idman kompleksi, şahmat məktəbi və onlarla sahibkarlıq obyekti tikilib istifadəyə verilib. Habelə, keçən il kənd təsərrüfatı idarəsi üçün müasir arxitektura üslubunda ikimərtəbəli binanın, 100 yerlik uşaq bağçası-körpələr evinin, "Az-Qranata” MMC-nin şərab emalı və şirə zavodunda yeni süzmə sexi və soyuducu anbarın, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün hər biri 3 otaqdan ibarət 10 fərdi yaşayış evinin, Pirhəsənli, Rəhimli və Cəlayir kəndlərində modul tipli sutəmizləyici qurğuların və bir sıra digər obyektlərin inşasına başlanılıb və hazırda işlər davam etdirilir.
 
Ötən il, habelə tikilməkdə olan 145 yerlik mərkəzi rayon xəstəxanası üçün yeni binada da əsas işlər yerinə yetirilib.
 
Cari ilin sonunadək obyektlərin istifadəyə verilməsi nəzərdə tutulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook