SON XƏBƏR

Astarada yolda torpaq uçqunu oldu, daha bir körpü dağıldı

Sentyabr 19
13:04 2023
Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

APA-nın məlumatına görə, Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook