Astarada müəmmalı yazıların olduğu ərazi (VİDEO)
Fevral 29
01:26
2024
Baku TV yeni layihəsini - "Kəndinə qayıt” verilişini təqdim edib.
Verilişin ilk buraxılışında Astara rayonunun Sım kəndinə səyahət edilib.
Proqramın aparıcısı Kəmalə Bədəlova qədim tarixi ilə məşhur olan kəndin sakinlərinin həyat tərzini və problemlərini öyrənməyə çalışıb.
"Sımın pəncərəsi” adlanan "Ballı qaya”nın ən hündür zirvəsində bu gün sadəcə bir ev və ailə məskunlaşıb. "Ballı qaya”dan görünən şəlalə isə "Dustaqxana” adlanır. Deyilənə görə, burada şahın zindanı yerləşir. Hətta şahın edama məhkum etdiyi dustaqların sümüklərinin hələ də burada olduğu deyilir.
Verilişin ilk buraxılışında Astara rayonunun Sım kəndinə səyahət edilib.
Proqramın aparıcısı Kəmalə Bədəlova qədim tarixi ilə məşhur olan kəndin sakinlərinin həyat tərzini və problemlərini öyrənməyə çalışıb.
Kənd sakinləri əsasən yol problemindən əziyyət çəkdiklərini deyirlər. Buraya gələn qonaqlar kəndə xüsusi avtomobillərin köməyi ilə qalxmalı olurlar. Turizm bölgəsi olan Sım əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur.
Ətraflı süjetdə: