Astana rəsmən Nur-Sultan oldu
Mart 23
11:58
2019
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev martın 23-də ölkə paytaxtı Astana şəhərinin adının Nur-Sultana dəyişdirilməsi ilə bağlı fərman imzalayıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin adı Nur-Sultan şəhərinə dəyişdirilsin”, - sənəddə deyilir.
Qeyd edək ki, Kasım-Jomart Tokayev martın 20-də parlamentdə ölkə paytaxtının adını Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsini təklif edib.
Astananın adının dəyişdirlməsi şəhər sakinləri arasında birmənalı qarşılanmayıb.