SON XƏBƏR

Ağstafada qış yarmarkası fəaliyyətə başlayıb

Dekabr 25
08:49 2019
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin və Ağstafa Aqrar Sənaye Kompleksinin təşkilatçığı ilə "Ağstafa Qış yarmarkası”nın açılış mərasimi olub.

Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, yarmarkada vətəndaşlara müxtəlif xidmətlər təklif olunub, əl işlərinin sərgi-satışı həyata keçirilib, iştirakçılara ekoloji təmiz kənd təsərrüfatı məhsulları, həmçinin regionun milli atributlarını əks etdirən süvenirlər təqdim edilib.

Yarmarkada alıcılar həm alış-veriş edib, həm də yeni il atributları ilə bəzədilmiş məkanda istirahət ediblər. Yarmarka çərçivəsində "Vivace” kamera orkestrinin müşayiəti ilə respublikanın Xalq artisti Samir Cəfərov və Əməkdar artist Lalə Məmmədovanın konserti olub.

Qeyd edək ki, dekabrın 26-da, saat 18:30-da eyni məkanda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün "Muğam axşamı” adlı proqram təşkil olunacaq. Tədbirdə Azərbaycanın Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev və Eldəniz Məmmədov, Mirələm Mirələmov, Kamilə Nəbiyeva çıxış edəcəklər. Proqramda ifaçıları tarda respublikanın Əməkdar artisti Əliağa Seyidov, balabanda Əməkdar artist Şirzad Fətəliyev, kamanda Elnur Mikayılov müşayiət edəcəklər. Konsertin sonunda təşkilatçılar tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bayram sovqatı veriləcək.

Dekabrın 28-29-da isə Ağstafa Aqrar Sənaye Kompleksinin nəzdində fəaliyyət göstərən "Grünfeld” iaşə obyektində məktəbə qədər tədris müəssisələri və ibtidai sinif şagirdləri üçün cizgi film personajlarının iştirakı ilə Yeni il şənliyi təşkil olunacaq. Bayram şənliyində az təminatlı ailələrin uşaqlarına təşkilatçılar tərəfindən hədiyyələr veriləcək.

Qeyd edək ki, tədbirin keçirildiyi dövr ərzində vətəndaşların əraziyə gətirilməsi üçün pulsuz nəqliyyat vasitələri ayrılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook