SON XƏBƏR

Ağstafa sakini ondan 4 min manat alan falçını həbs etdirdi

Oktyabr 16
13:30 2021
Ağstafa rayonunda dələduzluq edən "falçı” saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qaynarinfo-ya verilən məlumata görə, bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə  2.000 manat pul alıb. G. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2.000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra 3-cü dəfə rayona gələn G. Abıyeva məqsədinə çatmadan Ağstafa RPŞ əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook