SON XƏBƏR

Aslan İsmayılovun Sumqayıt hadisələri ilə bağlı kitabı Türkiyədə çap olundu

Sentyabr 24
15:22 2021
Tanınmış hüquqşünas, fəlsəfə doktoru Aslan İsmayılovun "Sumqayıt - SSRİ-nin süqutunun başlanğıcı” kitabı Türkiyədə türk və ingilis dillərində çap olunub.

Qlobal.az xəbər verir ki, kitaba ön sözü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri, professor Seyit Sertçelik yazıb.

Aslan İsmayılov kitabda Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında iştirak etmiş prokuror kimi bu faciə ilə bağlı şahidi olduğu faktları qələmə alıb.

Seyit Sertçelik ön sözdə qeyd edib ki, Aslan İsmayılov təkcə Sumqayıtda 1988-ci ildə baş verənlərin arxasında qalmış erməni, sovet-rus məkrli planlarını aşkara çıxarmayıb, həmçinin günbəgün çökən SSRİ imperiyasının düşdüyü çarəsizliyini və çürüklüyünü əhatəli şəkildə ortaya qoyub.

"Sumqayıt-Sovet İttifaqının suqutunun başlanması” kitabı o dövrün gizli qalmış məsələlərinə işıq salan tarixi-sənədli kitab kimi əhəmiyyətlidir. 

Əsər "Nestor yayınları” mətbəəsində çap olunub. Kitab həmçinin fransız dilində də çap olunacaq.

"Sumqayıt-Sovet İttifaqının suqutunun başlanması” kitabının Ankarada təqdimat mərasimi keçiriləcək.

Aslan İsmayılov 1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə Prezident Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996-cı ildə Viza hüquq firmasının, 2006-cı ildə "Aslan İsmayılov və Partnyorları” vəkil bürosunu təsisçisidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook