SON XƏBƏR

Aslan İsmayılov Anar Məmmədovun 400 minlik saatından danışdı

Fevral 28
13:22 2016
Dünən 14 ildir ki, Nəqliyyat naziri olan Ziya Məmmədovun oğlu Anar Məmmədovun 400 minlik saatı barədə yazımı heç kim qərəz kimi başa düşməsin. Bu günə qədər dəfələrlə demişdim ki, Azərbaycanı talayan məmur oliqarxlar və onların balaları oğurladıqları bəs deyil, hətta oğurladıqlarını gözümüzə də soxurlar. Bütün məclislərin başında əyləşirlər. Özünə hörmət edən vətəndaş isə buna laqeyd olmamalıdır.
 
Sizlərdən də xahiş etmişdim ki, ölkədə ictimai qınaq yaratmaq, oğruları adları və faktlarla göstərmək üçün imkanı olanlar bu tiplərin mal-mülklərinin şəkillərini, heç bir qərəz olmadan, dəqiq bildiklərini paylaşıb soruşsunlar ki, bu qədər sərvət hansı pulların hesabına yığılıb? Bunu hamı bilməlidir ki, vətəndaşlar ətrafdakıların nəyin hesabına qısa müddətdə varlandıqlarını bilsinlər. Bir məqamı xüsusi qeyd edirəm, özüm asket deyiləm, həmişə yaxşı yaşamaq istəmişəm və heç vaxt bəziləri kimi hamının yoxsul olmasını deyil, əksinə varlı olmasını istəmişəm. Halal pulları ilə sərvət toplayanları isə ancaq alqışlamaq lazımdır.
 
Lakin, bu var-dövlət kimlərinsə haqlarının yeyilməsi hesabına olmamalıdır. Bu gün pulsuzluqdan intihar edənlərin hesabına varlanan oğruları hamı tanımalı və qınaq obyektinə çevirməlidir. Bu yaxınlarda heç bir qərəz olmadan xalqa "qənaetcil olmaq lazımdır" deyən bir çox məmurların da saatlarını görəcəksiniz.
 
P.S. Bir daha hamıdan xahiş edirəm, bu prosesi qərəzli, kimlərləsə haqq-hesab kampaniyasına çevirməyək. 
 
demokratiya.info

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook